AVRO-2020-nin seçmə mərhələsində şənbə və bazar günü keçirilən qarşılaşmalarla daha beş komanda dörd oyunu Bakıda keçiriləcək Avropa çempionatının finallarına vəsiqə qazanıb.
DiasporPress.az xəbər verir ki, şənbə günü keçirilən qarşılaşmalardan sonra Almaniya, Hollandiya, Xorvatiya və Avstriya milliləri dörd ildən bir keçirilən qitənin ən ali yığma komanda turnirində iştirak etmək hüququ əldə edib.
Dünən isə Portuqaliya Lüksemburq səfərindən 2:0 qalib ayrılmaqla Ukraynanın ardından B qrupunun ikincisi kimi bu şansa nail olub.
Xatırladaq ki, daha öncə İngiltərə, Çexiya, Ukrayna, İspaniya, İsveç, Polşa, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya bu hüquqa yiyələnmişdi. Beləliklə, AVRO-2020-yə vəsiqə qazanan komandaların sayı 17-yə çatıb.
Bu gün D qrupunda daha iki iştirakçının adına aydınlıq gələcək. Bunlardan birinin xalsız olan autsayder Cəbəlüttariqlə görüşən İsveçrənin olacağı ehtimal edilir. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq İrlandiya – Danimarka oyununun qalibi ikinci iştirakçını müəyyənləşdirəcək. Danimarkalılara heç-heçə də sərf edir.
DiasporPress.az