Dağıstan Respublikasının Çontaul kənd sakini olan qadın qızını çayda boğaraq öldürdüyünə görə məhkəmə qarşısına çıxacaq.
“RİA Novosti” xəbər verir ki, müttəhim 2012-ci il təvəllüdlü qızının təhsili və tərbiyəsi ilə məşğul olmaq istəmədiyi üçün onu öldürmək qərarına gəlib.
2018-ci il sentyabrın 6-da qadın qızını çayın kənarına apararaq onu suda boğub. Uşağın öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.
Qızın cəsədi üç gün sonra çayda tapılıb.
İstintaq kifayət qədər sübut əldə edərək cinayət işini baxılması üçün məhkəməyə təqdim edəcək.
DiasporPress.az