Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında uğur qazanan Azərbaycan milli komandasının üzvləri Vətənə dönüb.
DiasporPress.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Heydər Əliyev adına Hava Limanında gənc cüdoçuların qarşılanma mərasimi olub.
Milli komandanın üzvlərini ictimaiyyət nümayəndələri, idmançıların valideynləri, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Rusiyada keçirilən Avropa birinciliyi Azərbaycan üçün əlamətdar olub. Belə ki, fərdi yarışlarda Rəşid Məmmədəliyev qızıl, Nurlan Osmanov gümüş medal qazanıb.
Avropa birinciliyində azərbaycanlı beynəlxalq dərəcəli hakim Nazim Umbayev qitə çempionatında ədalət təmsilçisi olub. Avropa birinciliyinin 2 final görüşü və bir neçə prinsipial qarşılaşması referimizə həvalə edilib.