Bayden “The Washington Post”dakı tənqidi məqaləsində qeyd edib ki, Tramp prezident olmağa layiq deyil. Demokratın fikrincə, o öz postundan milli yox, şəxsi maraqlarının inkişafı üçün istifadə edir.
O həmçinin Trampı öz məsuliyyətini dərk etməməkdə suçlayıb və ilk prezident Corc Vaşinqtonla müqayisə edib:
“Məlumdur ki, Corc Vaşinqton yalan danışa bilmirdi. Tramp isə əksinə, həqiqəti danışa bilmir”.
Keçmiş vitse-prezident özünə və ailəsinə qarşı aparılan kampaniyanı şəhr edərkən bildirib ki, Tramp təhlükəli bildiyi hər kəsə böhtan atır.
DiasporPress.az