Cocuq Mərcanlıda inkubator məntəqəsi istifadəyə verilib

İqtisadiyyat Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə həyata keçirdiyi "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb.

Cocuq Mərcanlıda inkubator məntəqəsi istifadəyə verilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə həyata keçirdiyi “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb.

DiasporPress.az bu barədə Nazirliyə istinadən xəbər verir.

Bununla bağlı bu gün Cocuq Mərcanlıda qurumun, ABŞ-ın Azərbaycandakı səfirliyinin, Cəbrayıl Rayon İcra Hakimiyyətinin və sahibkarların iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən nazir müavini Sahib Məmmədov ölkə Prezidentinin rəhbərliyi ilə ölkə regionlarının davamlı və tarazlı sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən uğurlu siyasət, reallaşdırılan müasir infrastruktur layihələri, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə görülən işlər, özəl sektorun inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən birgə layihələrin kəndin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğulayan S.Məmmədov inkubator məntəqəsinin istifadəyə verilməsinin kənd sakinlərinin quşçuluq sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacağını diqqətə çatdırıb.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlıda reallaşdırılan layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə töhfə oluğunu qeyd edib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Maykl Heninq “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində regionlarda, o cümlədən Cocuq Mərcanlıda icra olunan icma əsaslı iqtisadi layihələr barədə məlumat verərək Azərbaycan Hökuməti ilə bu sahədə uğurlu əməkdaşlığı vurğulayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Faiq Abbasov çıxışında kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin gördüyü işlərdən danışıb. Qeyd olunub ki, Cocuq Mərcanlı sakinlərinin mikro və kiçik bizneslə məşğul olmalarının təşviqi və onlara dəstək məqsədilə KOBİA-nın sifarişi ilə hazırlanmış bal emalı üzrə mobil emalatxana bu ilin martında istifadəyə verilib. Arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün nəzərdə tutulan mobil emalatxana Cocuq Mərcanlı və yaxın kəndlərdəki arıçılıq təsərrüfatlarına xidmət edir.

Sonda tədbir iştirakçıları sahibkarların əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi və inşası davam edən suvenir istehsalı müəssisəsi ilə tanış olublar.

İnkubator məntəqəsi 4000 ədəd yumurta tutumlu 2 inkubator dolabı və 2 400 yumurta tutumlu 1 inkubator çıxış dolabı ilə təchiz edilib.