Yeni növ koronavirus Çinin Hubey əyalətində artıq 871 nəfərin həyatına son qoyub.
“RİA Novosti” xəbər verir ki, xəstəliyə yoluxanların sayı isə 29 631-ə çatıb.
Ümumi olaraq 1 795 insan virusdan sağalıb.
Qeyd etmək lazımdır ki, ötən gün ərzində əyalətdə 2 618 nəfər koronavirusa yoluxub.
DiasporPress.az