Dünya

Çində hava limanının 14 min əməkdaşı karantinə alındı

Çində hava limanının 14 min əməkdaşı karantinə alındıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus pandemiyasının meydana gəldiyi Çində maraqlı hadisə yaşanıb. Belə ki, Şanxay şəhərində yerləşən Pudinq Beynəlxalq hava limanında işləyən bir nəfərdə COVID-19 aşkarlanması səbəbilə orada olan təxminən 14 min nəfər test olunmaq üçün karantin altına alınıb.

Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb. Görüntülərə əsasən, sərnişinlərin test olunmaq bölgəsindən uzaqlaşmağa çalışdıqlarını, lakin məsul şəxslərin buna icazə vermədiyini demək mümkündür.

Qeyd edək ki, koronavirusa yoluxan 39 yaşlı şəxsin həyat yoldaşının da virus daşıyıcısı olduğu və onun Şanxay Pudinq Xəstəxanasında tibb bacısı işlədiyi müəyyənləşib. Xəstəxana gündəlik ambulator müalicə və təcili yardım xidmətlərini dayandırarkən, cütlüyün uşaqlarının getdiyi məktəb də bağlanaraq distant təhsilə keçib.

Diasporpess.az