ABŞ dərhal İrana dair nüvə razılaşmasının tətbiqinə qayıtmalı və ona qarşı bütün sanksiyaları ləğv etməlidir.
Bu barədə “RİA Novosti” Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinin açıqlamasına istinadla məlumat yayır.
Çunyin bildirib ki, hazırda əsas vəzifə ABŞ-a heç bir şərt qoymadan, dərhal İranın nüvə proqramı ilə bağlı razılaşmanın tətbiqinə başlamağa, eyni zamanda bütün müvafiq sanksiyaları ləğv etməyə, razılaşmaya qayıtmağa, onu bərpa etməyə şərait yaratmaqdır.
O, İranın nüvə məsələsi ətrafında mövcud vəziyyətin çox mürəkkəb və həssas olduğunu vurğulayıb:
“Çin tərəfi bütün tərəfləri sakit və təmkinli olmağa, JCPOA-nın (Birgə Hərtərəfli Fəaliyyət Planı) həyata keçirilməsinə dair konsensusa əməl etməyə, vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə və diplomatik səylərə yer ayırmağa çağırır”.
Diasporpress.az