“Biz “Formula-1” yarışlarını səbəbsiz yerə hansısa ölkəyə vermirik. Həmin ölkələrin şəhərlərindən gözləntilərimiz çoxdur. Bakı da belə şəhərlərdəndir. Bu şəhərin hərarətliliyi möhtəşəmdir”.
DiasporPress.az xəbər verir ki, bunu “Formula-1” Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Keri “İdman yarışları və Bakının infrastrukturuna dair ölkənin gələcəyə baxışı” mövzusunda bu gün keçirilən konfransda deyib.
Ç.Keri Azərbaycanda keçirilən “Formula-1” yarışı barədə danışıb:
“Bakıdakı yarışları niyə bəyəndim? Real danışsaq, Bakıda öz işinin öhdəsindən gələn komanda vardı. Onlar xüsusən küçə yürüşlərində yaxşı təşkilatlanmışdılar.
Məncə Bakıdakı Qran-Prini fərqləndirən cəhət məhz bu komanda işi və bizimlə kommunikasiya məsələsində uğurlu olmaq idi. Bakı “Formula-1” üçün əlverişli məkandır. Coğrafiya baxımından bu bölgədə olmağımız bizi sevindirir. Biz coğrafiyamızı genişləndiririk. Vyetnamda da artıq bu ildən yarış keçirəcəyik”.
Qeyd edək ki, Bakıda bu il “Formula-1” yarışı 5-7 iyun tarixlərində keçiriləcək.
DiasporPress.az