Ölkə

Ceyhun Bayramov Ukraynaya səfərə dəvət olundu

Ceyhun Bayramov Ukraynaya səfərə dəvət olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini Vasil Bodnarı qəbul edib.

XİN-dən verilən məlumata görə, nazir ölkələrimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini məmnunluqla vurğulayıb. Ölkələrimiz arasında, eyni zamanda çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı anlayışın mövcud olduğu qeyd olunub.

C.Bayramov iki ölkə arasında qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafına müsbət töhfə verdiyini bildirib və bu xüsusda Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-cu ildə Azərbaycana səfərini xüsusilə qeyd edib.

Nazir həmçinin Ukrayna xarici işlər nazirinin müavininə bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, bölgədə yaranmış yeni təhlükəsizlik vəziyyəti və əməkdaşlıq imkanları barədə məlumat verib.

V.Bodnar səmimi qəbula görə təşəkkür edərək, xarici işlər naziri Dmitro Kulebanın salamlarını çatdırıb, həmçinin həmkarının Ceyhun Bayramovu Ukraynaya dəvət etdiyini bildirib.

İkitərəfli münasibətlərin inkişafı üçün böyük perspektivlərin olduğu vurğulanıb, bu xüsusda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacivliyi qeyd olunub.

Görüşdə tərəflər həmçinin beynəlxalq təşkilatlar, o cümlədən QDİƏT çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Bünyamin Çingizoğlu
Diasporpress.az