Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Avstriyaya yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.
Səfər çərçivəsində Ceyhun Bayramovun ATƏT-in Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.
Diasporpress.az