Diaspor

Cenevrədə Xocalı soyqırımına həsr edilmiş aksiya keçirilib

Cenevrədə Xocalı soyqırımına həsr edilmiş aksiya keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi ilə Xocalı soyqırımının 29-cu ildönümünü ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisi qarşısında aksiya keçirilib.

 

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının dəhşətləri pandemiya məhdudiyyətlərinə uyğunlaşdırılan və müasir tətbiqin istifadə edildiyi şəkildə bir qrup fəal gənc tərəfindən yerli ictimaiyyətə çatdırılıb. Meydanda Xocalı soyqırımı zamanı qətlə yetirilmiş 63 uşağın rəmzi kimi kartondan düzəldilmiş 20-yə yaxın fiqur düzülüb. Fiqurların üz nahiyyəsində uşaqların şəkilləri əks olunub, ad və soyadları yazılıb. Hər fiqurun sinəsinə “justiceforkhojaly.org” saytına yönləndirən QR kodları yerləşdirilib. Fiqurların yanından keçən şəxslər mobil telefonlarını kodlara yönəldən kimi Xocalı soyqırımı barədə bütün məlumatları oxuya biliblər. Aksiya zaman yerə sərilmiş qara lövhənin üzərinə tər güllər düzülüb.

 

Fəallar ərazidən keçənlərə fransız, ingilis və rus dillərində aksiyanın mahiyyəti barədə ətraflı məlumat veriblər.

 

Bünyamin Çingizoğlu

Diasporpress.az