UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
DiasporPress.az-ın məlumatına görə, azarkeşlər tərəfindən aparılan səsvermədə bu ada Almaniyanın “Bavariya” klubunun futbolçusu Serj Qnabri layiq görülüb.
24 yaşlı yarımmüdafiəçi qrup mərhələsinin II turunda İngiltərədə “Tottenhem”lə matçda 4 qol vuraraq pokerə imza atıb.
Qeyd edək ki, qarşılaşma “Bavariya”nın 7:2 hesablı qələbəsi ilə bitib.
DiasporPress.az