UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
DiasporPress.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq püşkatma mərasimində 1/8 final cütlərinin adına aydınlıq gəlib.
Çempionlar Liqası, 1/8 final cütləri:
“Napoli” (İtaliya) – “Barselona” (İspaniya)
“Çelsi” (İngiltərə) – “Bavariya” (Almaniya)
“Lion” (Fransa) – “Yuventus” (İtaliya)
“Tottenhem” (İngiltərə) – “Leyptsiq” (Almaniya)
“Atletiko” (İspaniya) – “Liverpul” (İngiltərə)
“Real Madrid” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
“Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa)
“Atalanta” (İtaliya) – “Valensiya” (İspaniya)
1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. Qrup mərhələsini ilk pillədə tamamlayan komandalar cavab görüşünü öz meydanlarında keçirəcəklər.
DiasporPress.az