Bu gün Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulacaq.
DiasporPress.az xəbər verir ki, turun son səkkiz qarşılaşması ilə I dövrə başa çatacaq.
Günün maraqla gözlənilən qarşılaşması İtaliyanın Milan şəhərində baş tutacaq. “İnter” öz meydanında “Borussiya”nı qəbul edəcək. “Barselona” isə Dortmund klubunun xal itkisindən yararlanıb qrupda vahid liderə çevrilə bilər.
E qrupu
23:00 “Qenk” (Belçika) – “Liverpul” (İngiltərə)
23:00 “Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya)
1. Napoli 4
2. Liverpul 3
3. Zalsburq 3
4. Qenk 1
F qrupu
23:00 “Slaviya” (Çexiya) – “Barselona” (İspaniya)
23:00 “İnter” (İtaliya) – “Borusiya” (Almaniya)
1. Borusiya 4
2. Barselona 4
3. İnter 1
4. Slaviya 1
G qrupu
20:55 “Leypsiq” (Almaniya) – “Zenit” (Rusiya)
23:00 “Benfika” (Portuqaliya) – “Lion” (Fransa)
1. Zenit 4
2. Lion 4
3. Leypsiq 3
4. Benfika 0
H qrupu
20:55 “Ayaks” (Hollandiya) – “Çelsi” (İngiltərə)
23:00 “Lil” (Fransa) – “Valensiya” (İspaniya)
1. Ayaks 6
2. Valensiya 3
3. Çelsi 3
4. Lil 0
DiasporPress.az