DiasporPress.az xəbər verir ki, Azərbaycanın Türk İş Adamları Birliyinin sədri Cemal Yanğın “Türk Dünyasına Xidmət Ödülü” nə layiq görülüb.
Cemal Yanğın Türk dünyasının siyasi-sosial və iş həyatına göstərdiyi müstəsna xidmətlırinə görə, Beynəlxalq Türksoyla İpəkyolu Dərgisi və İpəkyolu Strateji Tədqiqatlar Mərkəzi tərəfindən Bakıda təşkiı olunmuş 16-cı “Başarı Ödülləri” tədbirində təltif edilib.
Qeyd edək ki, mərasimdə Türkiyənin Azərbaycandakı sabiq səfiri olan Hülusi Kılıç, Türkiyənin tanınmış siyasi-ictimai xadimləri, Azərbaycan Milli Məclisinin deputatları, DAK həmsədri Xalq şairi Sabir Rüstəmxanlı, ATEV sədri Tənzilə Rüstəmxanlı iştirak ediblər.