Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, əldə edilən əməliyyat məlumatı əsasında Cəlilabad rayonu Günəşli kənd sakini Vasif İsmayılov saxlanılıb. Onun üzərində şəxsi axtarlıış aparılan zaman bir ədəd kibrit qutusunda qablaşdırılan 2,509 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq V.İsmayılovun idarə etdiyi “VAZ 2121” markalı avtomobildən əlavə olaraq 3,288 qram 12 büküm qurudulmuş marixuana, 2,125 qram narkotik vasitə metamfetamin, 15,487 qram 4 büküm həşiş qətranı və 5 ədəd kibrit qutusunda 28,135 qram çətənə bitksinin toxumları aşkar olunaraq götürülüb. V.İsmayilov narkotik vasitələrin ona məxsus olduğunu və həmyerlisi Qoşqar adlı şəxsdən aldığını bildirib.
Cəlilabad RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat zamanı Vasif İsmayılova narkotik vasitələri satan əvvəllər məhkum olunmuş Alar kənd sakini Qoşqar Məmmədovu tutaraq istintaqa təqdim ediblər. Həmin şəxsdən 1 ədəd paketdə 975 qram olan həşiş qətranı aşkar olunaraq götürülüb. Q.Məmmədov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı hər iki şəxs barəsində Cəlilabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.
DiasporPress.az