Yazıçı – dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri Azərbaycana gəliblər.
DiasporPress.az-ın məlumatına görə, bu, onların Azərbaycana ilk gəlişidir.
Onlar Fəxri xiyabanda Məmmədquluzadə və Həmidə Cavanşirin məzarını ziyarət ediblər.
Onlar AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvətilə Bakıya gəliblər.
Qeyd edək ki, onların bir sıra tədbirlərə qatılacağı gözlənilir.
DiasporPress.az