Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Yunanıstanla münasibətləri barədə açıqlamalar verib.
Bu barədə türkiyəli nazir NTV kanalına müsahibəsində bildirib.
“Yunanıstanla beş ildir mövcud olan mexanizmləri işlədə bilmədik. Siyasi məsləhətləşmələr apara bilmədik. Bunları Yunanıstanın məsələyə mənfi münasibəti səbəbindən edə bilmədik. Kəşfiyyat danışıqları dayandırıldı. Ardından Şərqi Aralıq dənizində Türkiyəni kənarlaşdırma siyasətindən sonra əlaqələr gərginləşdi. Avropa İttifaqı (Aİ) və fərqli ölkələr məsələyə daxil oldu”.
Çavuşoğlu vurğulayıb ki, biz Yunanıstanla birlikdə masaya oturmağa hazırıq.
“Yunanıstanla danışıqlarımız bu yaxınlarda yenidən başladı. Bu ölkənin Xarici İşlər naziri Nikos Dendiası bu gün Ankarada qonaq edəcəyik. Onunla səmimi bir atmosferdə görüşməyi planlaşdırırıq. Yunanıstanla dialoq və yüksək səviyyəli səfərlər çox vacib məqamdır. Yunanıstanla görüşmək üçün Aİ-yə və ya digər ölkələrə ehtiyacımız yoxdur. Bu ölkə ilə razılaşa bilməyəcəyimiz məsələlər də var. Bunlar haqqında açıq danışmalıyıq”, – deyə Çavuşoğlu bildirib.
Diasporpress.az