Almaniyanın CDU partiyasından Bundestaqın üzvü Karin Ştrents Kubadan Almaniyaya qayıdarkən təyyarədə vəfat edib.
Bu barədə “RİA Novosti” xəbər verib.
Parlamentari 53 yaşında idi.
Həmkarı Laut Reberqin sözlərinə görə, K.Ştrents uçuş zamanı huşunu itirib. Bu səbəbdən təyyarə İrlandiyanın Dublin şəhərində təcili eniş edib, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
BÜNYAMİN ÇİNGİZOĞLU
Diasporpress.az