Diaspor

Budapeştdə gənc soydaşlarımızla görüş keçirilib

Budapeştdə gənc soydaşlarımızla görüş keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinə ehtiram əlaməti olaraq Azərbaycan Evində yaradılmış anım guşəsinin önünə güllər düzülüb və şamlar yandırılıb.
Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşdə Macarıstanda təhsil alan 40-a yaxın azərbaycanlı gənc iştirak edib.
ADDF-in icraçı direktorunun müavini Şahin Camalov Fondun vəzifə və məqsədləri, fəaliyyət istiqamətləri, gerçəkləşdirdiyi layihələr və gələcək planları barədə geniş məlumat verib.
Azərbaycan Evinin yeni rəhbəri İbrahim Səfərli evin gələcək fəaliyyət istiqamətlərindən danışıb.
Geniş fikir mübadiləsi ilə davam edən tədbirdə gənclər müxtəlif layihələrlə bağlı ideya və təkliflərini səsləndiriblər.
Tədbir Macarıstanda təhsil alan Günel Ələkbərova (piano) və Elnur Namazovun (gitara) ifasında Anım Gününə həsr olunmuş musiqi nömrələrinin təqdimatı ilə yekunlaşıb.