Bu xətt üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq

Sabah Bakı-Bakıxanov xətti üzrə qatarların hərəkəti dayandırılacaq.

Bu xətt üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Bakı-Bakıxanov xətti üzrə qatarların hərəkəti dayandırılacaq.

Bu barədə  Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti bir günlük dayandırılacaq.

Buna səbəb Böyük Şor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılmasıdır.

Oktyabrın 28-dən isə Bakı-Bakıxanov marşrutu üzrə elektrik qatarlarının hərəkəti ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.

 

DiasporPress.az