Milli Məclisə seçkilərlə əlaqədar 18 saylı Nərimanov-Nizami, 29 saylı Səbail, 72 saylı Yardımlı-Masallı, 9 saylı Binəqədi İkinci, 15 saylı Yasamal Birinci, 34 saylı Xətai İkinci, 13 saylı Xəzər-Pirallahı, 22 saylı Nəsimi İkinci Seçki dairələrindən müraciətlərə baxılıb.
DiasporPress.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında qərar verilib.
Qərara alınıb ki, müraciətlər araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin.
DiasporPress.az