Moldova Prezidenti Maya Sanduya yeni növ koronavirusa (COVID-19) qarşı “AstraZeneca” peyvəndinin ilk dozası vurulub.
Moldova Prezidenti bu barədə “Facebook”da bildirib.
”Bu gün “AstraZeneca” peyvəndinin ilk dozasını vurdurdum. Buna görə məmnunam, çünki bu yolla həm özümün, həm də təmasda olduğum insanların – ailəmin, dostlarımın, həmkarlarımın sağlamlığını qoruyuram. Hamını peyvənd olunmağa çağırıram. Moldovada hazırda kifayət qədər peyvənd dozası var. Ailə həkiminizdən peyvəndin vurulması üçün vaxt təyin etməsini istəyin. Həyatınızı və sağlamlığınızı qorumaq üçün bu fürsətdən istifadə edin!”, – deyə Moldova Prezidenti əlavə edib.
Diasporpress.az