Bu gün işğaldan azad olunan Ağdam şəhərinin Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin edilib.
Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Şəhər Polis Şöbəsinin rəisi və müavinləri təyin olunub.
“Ağdam Rayon Polis Şöbəsi Ağdam şəhərinə köçürüləcək. RPŞ-nin əməkdaşları və Daxil Qoşunların hərbçilərindən ibarət şəxsi heyəti Ağdamda komendant rejimində çalışacaqlar”, – deyə o əlavə edib.
Qeyd edək ki, Ağdam RPŞ-nin rəisi polis polkovniki Pərviz İsmayılovdur.
Diasporpress.az