Bu gün Gürcüstan parlamentinə yeni sədr seçiləcəyi gözlənilir.
Parlament çoxluğu spiker vəzifəsinə Kaxa Kuçavanın namizədliyini irəli sürəcək.
Keçmiş sədr Arçil Talakvadze isə vitse-spiker vəzifəsinə təsdiqlənməlidir.
X çağırış qanunverici orqana sədr və onun müavininin seçilməsi üçün 76 deputatın səsi tələb olunur.
Qeyd edək ki, A.Talakvadze aprelin 24-də istefa verib. Onun müavini K.Kuçava qanunverici orqanda Azərbaycanla dostluq qrupuna da rəhbərlik edib.
Diasporpress.az