May ayının 22-də “Eurovision-2021” mahnı müsabiqəsinin finalı baş tutacaq.
Diasporpress.az-ın məlumatına görə, yarışmanın finalı Niderlandın Rotterdam şəhərində “Ahoy Arena”da keçiriləcək.
Müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib.
Səsvermənin nəticələrinə əsasən, Azərbaycan final mərhələsinə vəsiqə qazanıb.
Mahnı müsabiqəsi saat 23:00-da İctimai Televiziyanın efiri ilə canlı yayımlanacaq.
Diasporpress.az