Dünya

Bu gün dünyanın diqqəti Ankarada olacaq

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Pensi qəbul edəcək. 

Bu gün dünyanın diqqəti Ankarada olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Pensi qəbul edəcək.

Diasporpress.az xəbər verir ki, məlumatı Türkiyə prezidentinin rəsmi saytı yayıb.

Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyətinə dövlət katibi Maykl Pompeo və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və digər rəsmi şəxslər daxildir.

Ağ evin numayəndə heyəti Türkiyə rəhbərliyi ilə Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatını müzakirə etməyi planlaşdırır. Bu, M.Pensin ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəridir.

ABŞ prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayen isə oktyabrın 16-dan Ankarada səfərdədir. Amerikalı diplomat ötən gün Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar, Türkiyə Prezidenti Adminstarsiyasının sözçüsü İbrahim Kalınla görüşüb. Tərəflər Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatı müzakirə ediblər.

Oktyabrın 17-də isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə biraraya gələrək müzakirələr aparacaq. Yenə də əsas müzakirə mövzusu Türkiyənin Suriyada apardığı “Barış pınarı” antiterror əməliyyatıdır.

Xatırladaq ki, ABŞ Konqersinin Nümayəndələrə Palatası Suriyada antiterror əməliyyatı apardığı üçün Türkiyəyə qarşı sanksiya layihəsini təsdiqləyib. Sənəddə Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksinə aid maddə də var.

Sanksiya imzalandıqdan 15 gün sonra icra ediləcək. İcraya başladıqdan 30 gün sonra ABŞ-ın dövlət katibi, müdafiə naziri və Milli Kəşfiyyat İdarəsinin direktoru sanksiya tətbiq olunacaq şəxslərin siyahısını tərtib edəcəklər. Siyahının 60 gündən bir yenilənməsi nəzərdə tutulub. Sanksiya qüvvəyə mindikdən ən çoxu 120 gün ərzində dövlət katibi, Kəşfiyyat Xidməti, Maliyyə Nazirliyi bilikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və ailə üzvlərinin var-dövlətinə, xaricdək bank hesablarına və məlum gəlirlərinə sanksiyaların tətbiqinə dair hesabatın hazırlanması tələb olunur.

Türkiyə “Barış pınarı” antiterror əməliyyatına son verdiyi və ya sanksiyaların tətbiqindən 3 il keçdikdən sonra bütün qadağalar aradan qaldırılacaq. ABŞ prezidenti Donald Tramp 10 gün ərzində sanksiyanın qüvvəyə minməsi üçün sənədi ya imzalamalı, ya da veto qoymalıdır.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

Diasporpress.az