ABŞ dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcəyi tarix açıqlanıb.
Bu barədə Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, görüş 19 may axşam saatlarında İslandiyanın paytaxtı Reykyavik şəhərində keçiriləcək Arktik Şurasının nazirlər iclasının bağlanış mərasimindən sonra baş tutacaq.
Qeyd olunub ki, nazirlər arasında görüş ABŞ-ın Moskva ilə daha sabit və proqnozlaşdırıla bilən münasibətlər yarada biləcəyini yoxlamaq üçün fürsət verəcək.
DİASPORPRESS.AZ