Bir neçə gün öncə yol qəzasına düşərək ağır xəsarət alan gəncin sağlamlığına qovuşması üçün müəyyən vəsaitə ehtiyac var.
Diasporpress.az xəbər verir ki, martın 3-də 21 yaşlı Zakir Həsənov ağır yol qəzası keçirib.
Qəza nəticəsində yaralanan Zakirin beyninə qan sızmasıyla Mingəçevirdə özəl bir xəstəxanaya yerləşdirilib və o, beyin əməliyyatı olunub.
4 gün orda qaldıqdan sonra vəziyyəti pisləşdiyi üçün Baku Medical Plazaya təcili tibbi yardım maşını ilə gətirilib.
Burada beyindəki problemdən əlavə sepsis (qan zəhərlənməsi) aşkarlanıb.
Zakirin atası deyir ki, həkimlər övladının sağlamlığına qovuşmasına ümid ifadə ediblər, amma bunun üçün yüksək məbləğdə pulun lazım olacağı bildirilib.
O, buna görə də imkanlı şəxslərə xahiş edib:
“Artıq 8 gündür oğlum Allahın izni, həkimlərin səyi nəticəsində həyatdadır. 12 gündə bu gün ilk dəfə Allaha şükürlər olsun ki, həkim ümid verdi amma aylarca uzanacağını bildirdi. Böyük məbləğdə pul xərclənməsinə baxmayaraq həyati təhlükəsini atlatması üçün pula ehtiyacımız var. Həkimin dediyinə görə sağalmasına və müalicəsinə 120 000 manat pul lazımdır. Maşınımı və əşyalarımızı da satılığa qoysam da, bu miqdarı ödəmir. Bunu oxuyan xeyirsevər insanlardan Allah rizası üçün aşağıda qeyd olunan hesab nömrəsinə imkanları çatan qədər dəstək olmaqlarını xahiş edirəm. Allah hamıdan razı olsun”.
Hesab nömrəsi
4169 7388 5980 7020
Kapital Bank
Kərim Həsənov