Dövlət Turizm Agentliyi bu ilin martın 7-dən aprel -7-nə qədər turzim ilə bağlılayihələrin qəbulunu həyata keçirib.
Uzun müddətdir Agentliyin müsabiqənin qaliblərini elan etməməsi ciddi müzakirələrə səbəb olmuşdur. Nəhayət düz 5,5 aydan sonra agentlik nəticələri elan etdi.
Dövlət Turizm Agentliyinin müsabiqələr və onun nəticələri ilə bağlı fəaliyyəti növbəti dəfə QHT sədrləri tərəfindən kəskin tənqid olunudu.
QHT.az ictimai birlik sədlərinin mövqelərini təqdim edir:
Şaban Nəsirov – QHT sədri
Məncə araşdırma aparmaq lazımdır, mənə elə gəlir ki, qrant udanlar layihələri çoxdan həyata keçirir. İndi açıqlanmasına baxmayın. Başdan ediblər, gördülər söz-söhbət kəsilmir, çoxdan pay-püş elədikləri qrant barədə yarımçıq məlumat verdilər. Özü də o qədər saymazyana hərəkət edirlər ki, adam bilmir nə desin. Biz də layihə vermişdik, düşündük rəhbərlik dəyişib bəlkə yaxşılığa doğru nə isə dəyişib, görürəm daha da bərbad günə qalıb Turizim Agentliyi. Heç olmasa layihəsi keçməyənlərə bildirin də hansı kriteriyalara uyğun gəlməyib. MMC-yə qrant ayrılması isə başqa komediyadır, hər kəs bilir ki, MMC qazanc əldə etmək üçün bizneslə məşğul olan təşkilatdır. Qrantın isə təsnifatı başqadır, gəlir götürülməyən sahəyə aiddir. Adicə bu fərqi görməyən Agentlikdən nə isə ummaq ağılsızlıq olar.
Aydın Xan Əbilov – QHT sədri
Dövlətin pullarını pay-puş edənlərə rəsmi qurumların nəzarəti demək olar ki, yox dərəcəsindədir. Elə ki, o qurumların başında duranları hansısa qaranlıq səbəblərdən həbs edirllər, o dəqiqə məlum olur ki, milyonları, milyardları talayıb…
Azər Əliyev – QHT sədri
Çox qaranlıq məqamlar var
Zülfiyyə Nuriyeva – QHT sədri
Hayıf bizim layihələrdən. Vaxtımıza, ideyamıza hayıf. Bu qurum qeyri-ciddi qurumdur.
Emil Maqalov – QHT sədri
Tanımadığına niyə versin ki?
Anar Əliyev – jurnalist
Ölkədə bu təşkilat qədər bazar prinsipləri ilə işləyən ikinci bir qurum yoxdur bəlkə də. Təsəvvür edin, adi mediaturlara belə jurnalistləri seçim əsasında aparırlar. KİV təmsilçilərindən də özlərinə sanki kruq yaradıblar. Əminik ki, bir gün qara maskalılar bu qurumdan da yollarını salacaqlar.
Faiq İsmayılov – QHT sədri
Yenə qeyri-peşəkarlıq, yenə məmurlar arasında “pay” bölgüsü bunların Azərbaycan turizminin inkişafına heç bir töhfəsi olmayacaq
Çingiz Bayramov
Nəsə yazmaq istərdim amma… Bircə bunu deyim ki, bu cür qrant müsabiqəsi olmaz, ayıbdi!
Səkinə Babayeva – QHT sədri
Xeyirli olsun
Əkrəm Bəydəmirli – QHT sədri
Turizm Agentliyi öz nüfuzuna zərbə vurdu.
Səbinə Kərimova – QHT sədri
Hələ fiziki şəxslərədə layihə verib bu necə qurum? Ölkədə QHT-lərdən alternativ hesabat istəyir dövlət qurumları ağız dolusu. Ancaq layihəyə gələndə fiziki şəxslərə ya da assosiasiyaya verilir layihələri. QHT lərə də pulsuz komanda yaradıb işləməyi məsləhət görürlər. Dəli şeytan deyir bu qurumlardan bir gözəl alternativ hesabat hazırlayıb prezidentə təqdim edəsən.
Nailə İsmayılova – QHT sədri
Bütün layihələr onsuz da eyni təşkilatlara verilir(((
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ndən başqa heç bir qrant və ya maliyyə yardımı verən agentliklər və qurumlar qalib olan layihələr barəsində ya öz saytlarında, ya da sosial mediada ictimaiyyətə məlumat vermir. Bu ədalətsizidir!
Fidan Maqsudova – QHT sədri
Qeyri şəffaf keçirilmiş müsabiqə zəng edirsən deyirlər ” hələ rəhbərliyin stolunun üzərindədir “. 6 aya layihə cavabı çıxar ? Eyni adlar , eyni insanlar statusa görə verirlər qrantları . Hansı kriteriyalara uyğun idi bu seçiminiz ?Çox təəssüf ki bu belə də davam edəcək ! Dövlət 30 iş günü müddətində vaxt qoyur qrant müsabiqəsinin təhlili və nəticəsi elan olunmalıdır. 6 ay nəzərdə tutulmayıb bu müddət! Və bu layihəni hazırladıqda hər bir təşkilat araşdırma aparır layihəni yazır əziyyət çəkir ən azından ekspert rəyləri və nədən layihəyə qrant ayrılmaması barəsində məlumat verilməlidir!
Toğrul Allahverdili – QHT sədri
Nə sirrdirsə qadın sahibkarlar bütün qrant müsabiqələrdə qalib olur.
Turizim Agentliyinin rəhbəri Fuad Nağıyev öz dostuna və ya tanışlarına xərcliy pulu verə bilər. Amma bunun adını müsabiqə qoymaz. Agentliyi, məlum “müsabiqə”ni və şərtləri elan edəndə ölkədə neçə QHT ilə maraqlanıb, neçəsinin keçmişi və fəaliyyətini araşdırıb, İş adamına və ya MMC-yə qrant vermək ən azından dövlətə xəyanətdir. Agentliyini düzgün idarə etmək, dövlət vəsaitini düzgün, ədalətli yönəltmək və nəhayət dövlət başçısının etimadını doğrultmaq rəsmən Fuad Nağıyevin vəzifə borcudur. Bu borcu yetərincə dərk etməyənləri isə DƏMİR YUMRUQlu ölkə başçımız tərəfindən cəzalanan məmurların aqibəti gözləyir…
Qeyd edim ki, biz müraciət etməmişik
İradə Polad
Məndə elə bilirdim ki, bizim layihələrimiz keçibdir. Nə yaxşı QHT-dən kənarlarda keçib, guya real seçimdir
Bəsti Nəsibova – QHT sədri
Görən bizim layihə hansı kriteryaya uğun gəlməyib. Bunu da açıqlasalar yaxşı olar.
Zülfiyyə Nuriyeva – QHT sədri
Turizm oyununu oynadı. Həmkarlarımıza uğurlar
İlham Əhmədov – QHT sədri
Nazirlik və komitələrin Qrant siyasəti şəffaflıqdan və obyektivlikdən uzaq olub, çoxlu suallar yaradır. Adama deyərlər əgər düz işləyirsinizsə, niyə nəticələri aylarla gizlədirsiniz, məbləğləri dövlət sirri səviyyəsində qoruyursunuz? Nədən belə ehtiyat edirsiniz? Onsuz da öz bildiyinizi edi
Fərhad Abdulov
Xeyirli olsun, İnşallah
Qeyd edək ki, Dövlət Turizm Agentliyi ötən gün 10 layihəni qalib elan edib. Müsabiqənin qalibləri sırasında 4 QHT, həmçinin fiziki və digər hüquqi şəxslər də var.
Qalib elan edilən layihələr:
- “Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi – “Kənd turizminin inkişafına mane olan sosial problemlərin həllinə dəstək”
- Səmədli Müşfiq Rauf oğlu – “Ölkədəki təbiət və dağ bələdçilərinin peşəkarlığının artırılması üzrə təlim düşərgəsi”
- “Qeyri-maddi mədəni irsə dəstək” İctimai Birliyi – “Şəkidə kəlağayı emalatxanasının turizm məhsulu və təcrübəsi kimi abadlaşdırılması və ənənəvi kəlağayı sənətinin gənc nəslə öyrədilməsi”
- “İCOMOS Azərbaycan” İctimai Birliyi – “Şəkinin dünya əhəmiyyətli memarlıq abidələrinin təbliği və onların üzərindən turizm marşrutlarının yaradılması” layihəsi
- Hüseynova Sevinc Xankişi qızı – “Gəncə şəhərində və Gəncə ətrafında qeyri-mehmanxana qonaqlama imkanlarının artırılması məqsədilə mikro sahibkarlara dəstək və onların bacarıqlarının artırılması”
- Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası – “Turizm sahəsində fəaliyyət göstərən qadın sahibkarların fəaliyyətinin Qarabağ və ətraf rayonlarda genişləndirilməsi və turizm üzrə kadr hazırlığına dəstək”
- Rəsulov Fuad Nizami oğlu – “İsmayıllı rayonun Sulut bələdiyəsinin ərazisində turizm”
- Ağsu rayonu Gəgəli bələdiyyəsi – “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi
- “Viləş Turizm” MMC – “Masallı rayonunda aqroturizm sahibkarlıq fəaliyyətinin qurulması və təşviqi”
- Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyi – “Ənənəvi Azərbaycan ornamentləri və simvolikası” mədəni turizm marşrutu üçün tədqiqat işinin aparılması və bunun əsasında marşrut pasport nümunəsinin hazırlanması”
P.S. Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq.