31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bir qrup soydaşımız və Azərbaycana dost ölkələrin diaspor nümayəndələri “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı və təşəkkürnamə ilə təltif olunub.
Diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyaların yayılmasında göstərdikləri xidmətlərə mükafatlandırılan Azərbaycan Türk Qadınlar Birliyinin və Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı ölkə rəhbərliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.
DiasporPress.az Tənzilə Rüstəmxanlının sosial şəbəkələrdəki şəxsi hesabından etdiyi təşəkkürü olduğu kimi təqdim edir :
“Medal, təşəkkürnamə, ümumilikdə təqdir edilmə motivasiya üçün önəmlidir. Ancaq hər mükafatlandırmanın razı tərəfləri olduğu kimi narazıların olması da normaldır. Çünki mükafat məhdud, haqq iddia edənlər çox olur. İnanıram ki, haqqı çatanlar mütləq gələcəkdə istədiklərinə nail olacaqlar.
Bu il ən böyuk mükafatımız Qarabağın azad edilməsi oldu,bu sevinci bizə yaşadan müzəffər ordumuz və bu ordunun Ali Baş Komandanı cənab İlham Əliyev oldu.Ən böyük təşəkkür Səhid analarına düşür ki,biz onları hər zaman hörmətlə xatırlayacağık.
Böyük Vətən müharibəsi başladığı gün (27.09.2020) mən axşam ictimai tv. ekranından demişdim ki,bu gündən mən də əsgərəm,yəni hər kəs öz çəbhəsində savaşdı,biz bir yumruk kimi Ali Baş Komandanın ətrafında birləşdik və Zəfər çaldık.Bu böyük Zəfərdə,harda yaşamasından asılı olmayaraq bütün xalqımızın əməyi vardır.Zamanla hər kəsin işinə qiymət veriləcəkdir,bundan əminəm.
Çox sevindim ki,dünyada iz qoyan azərbaycanlılarla bərabər bizim də otuz illik fəaliyyətimizə Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən qiymət verildi. Bu addımına görə, ölkə rəhbərliyinə ve Fuad Muradov başda olmaqla, Əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm ve gələcək işlırində uğurlar diləyirəm.Zəfərimuz Mübarək Olsun.”