Belçikada fəaliyyət göstərən Azərbaycan Evində bu ölkədə yaşayan azərbaycanlı icmasının bir qrup üzvü ilə görüş keçirilib.
Tədbir zamanı Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Belçika üzrə əlaqələndiricisi İlkin Hüseynzadə dünyanın müxtəlif ölkələrində açılan Azərbaycan Evlərinin fəaliyyət istiqamətləri, soydaşlarımızın birlik və həmrəyliyi baxımından unikal mərkəzə çevrilmiş bu məkanların diasporun inkişafında rolu haqqında müfəssəl məlumat verib.
Sonra Belçika Azərbaycan Evinin hazırladığı yeni fəaliyyət planı tədbir iştirakçılarına təqdim edilib. İnteraktiv şəkildə aparılan müzakirələr zamanı icma üzvləri plana dair fikirlərini bildirib, təkliflərini səsləndiriblər.