Ölkə

Britaniya Müdafiə Nazirliyinin mütəxəssisi Füzulidə minalarla bağlı vəziyyəti araşdırıb

Britaniya Müdafiə Nazirliyinin mütəxəssisi Füzulidə minalarla bağlı vəziyyəti araşdırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Müdafiə Nazirliyinin partlayıcı maddələrə qarşı mütəxəssisi Ermənistanın işğalından azad olunan Füzuli rayonuna səfər edib.

Bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Britaniyalı ekspert Füzulidə mina basdırılmış ərazilərdəki vəziyyəti araşdırıb.

“Səfərin məqsədi Britaniyanın bu ölümcül cihazlardan gələn təhlükəni aradan qaldırmaq üçün Azərbaycanla necə işləyə biləcəyini müəyyən etməkdir”, – diplomatik nümayəndəlikdən bildirilib.

Britaniyalı mütəxəssisi Füzuliyə səfərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları müşayiət ediblər.

 

DİASPORPRESS.AZ