“Bu ilin dekabr ayında Xəzərin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanması nəzərdə tutulur”.
DiasporPress.az xəbər verir ki, bunu “BP-Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib.
O qeyd edib ki, strukturda qazma işini həyata keçirəcək Heydər Əliyev adına yarımdalma qazma qurğusu artıq şirkətdədir və bəzi düzəlişlərdən sonra qazma işlərinə başlanılacaq.
Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.
DiasporPress.az