Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bu gün səhər saat 08: 30-da Ermənistana gələcək.
Diasporpress.az xəbər verir ki, bu barədə erməni nəşri hraparak.am xəbər yayıb.
Nəşrin yazdığına görə, o, Ermənistanda yalnız bir saat olacaq, baş nazir Nikol Paşinyanla görüşəcək və dərhal Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün İrəvandan Bakıya yola düşəcək.
Nəşrin məlumatına görə, bu səfər Ermənistan baş nazirinin xahişi üzrə sərhədlərin demarkasiyası işləri ilə bağlı həyata keçiriləcək.
Diasporpress.az