Dünya

Borca görə üç nəfəri öldürüb intihar etdi

Türkiyənin Dənizli bölgəsində yeddi min lirə (iki min manat) borc məsələsinə görə bir adamı öldürüb, daha sonra intihar edən şəxsin iki nəfəri də öldürdüyü məlum olub.

Borca görə üç nəfəri öldürüb intihar etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Dənizli bölgəsində yeddi min lirə (iki min manat) borc məsələsinə görə bir adamı öldürüb, daha sonra intihar edən şəxsin iki nəfəri də öldürdüyü məlum olub.

“SonDakika” xəbər verir ki, Dənizlinin Pamukkale qəsəbəsində qatil ona borcu olan Ramazan Küçükü evində tapançadan istifadə etməklə qətlə yetirib, daha sonra isə eyni silahla intihar edib. Hadisəni törədən Hüseyn Aslanın iki nəfəri də öldürdüyü ortaya çıxıb.

Hüseyn Aslan Ramazan Küçükünü öldürüb intihar etməzdən əvvəl Eskişəhər məhəlləsində olan iş yerində Vəli və  Mustafa Akpınar adlı qardaşları da tapança ilə öldürdüyü məlum olub.

Hüquq-mühafizə orqanları hadisə yerinə baxış keçirib. Polislər qəsd edən Hüseyn Aslanın Vəli və Mustafa Akpınar adlı qardaşları da borc pul məsələsi ilə bağlı öldürdüyünü bildiriblər.

 

DiasporPress.az