Ölkə

“Biz münaqişəni özümüz həll etdik”

“Biz münaqişəni özümüz həll etdik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

 

Prezident İlham Əliyev 12 apreldə 2022-ci ilin I rübünə həsr olunmuş müşavirə keçirmişdir. Görülmüş işlər təhlil olunmuş, gələcək planlar müzakirə olunmuşdur.

Prezident bir çox məqamlara toxunmuşdur. Belə məqamlardan biri beynəlxalq təşkilatlarla bağlı idi. Onun vurğulamasına görə “Minsk” qrupuna münaqişənin həlli üçün verilən mandat de-fakto olaraq etibarsız sayılır. Minsk qrupu 28 il fəaliyyətdə olmuş, Azərbaycana və Ermənistana yüzlərlə səfər etmişlər. Nəticədə isə Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT 30 ildə ədalətli qərarlar çıxarsa da qərarlar qələbəyə qədər kağız üzərində qalmışdır.

Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 30 illiyi münasibətilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirin Şuşada keçirilməsi Ermənistanda növbəti panikaya səbəb olmuşdur.

BMT-dən sonra ən böyük təsisatlardan biri Qoşulmama hərəkatına hazırda Azərbaycan rəhbərlik edir. Bu təşkilat bir mənalı olaraq işğal dövründə, həm müharibə, həm də müharibədən sonra Azərbaycana həmrəy olmuşdur.

Azərbaycanın dövlət müstəqilliyini elan edəndən sonra daxil olduğu ilk beynəlxalq təşkilat – İslam Əməkdaşlıq Təşkilatı olmuşdur. İşğal dövründə tarixi-dini abidələrimizin dağıdılmasına etiraz olaraq dəfələrlə qətnamələr qəbul etmişlər.

6 aprel Brüssel görüşü göstərdi ki, ATƏT yeni reallıqları qəbul edir. Bu çox əlamətdar hadisədir. ATƏT beynəlxalq təşkilat kimi Azərbaycan-Ermənistan əlaqələrinin normalaşmasına kömək edə bilər.

30 ildən sonra birinci dəfə Azərbaycanın və Ermənistanın Xarici İşlər Nazirləri arasında telefon söhbəti olmuşdur. Bu təcrübə müsbət qiymətləndirilməlidir. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir.

Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədir. İndi hər kəsə aydındır ki, Azərbaycan və Türkiyə ilə əlaqələri normalaşdırmadan Ermənistan inkişaf edə bilməz. Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır.

Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, Azərbaycan bunu qeyri-dost kimi qiymətləndirəcək. İndiyə qədər əldə etdiyimiz nailiyyətlər daxili gücümüz hesabına əldə edilib. İndi dünyada proseslər mənfi istiqamətdə gedir. Toqquşmalar, müharibələr alovlanır.

Sonda, qeyd edildiyi kimi bütün məqsədlər Cənubi Qafqazda sülhün əmin-amanlığın yaradılmasına, müharibə risklərinin azalmasına, insanların rahat yaşamasına xidmət etməlidir.

 

Suraxanı rayonu, Cavanşir Rəhimov adına

146 nömrəli tam orta məktəbin direktoru Məmmədova Gülzadə