4 avqustda Beyrut limanındakı partlayışı lentə alan fotoqraf Josef Badjani ölü tapılıb.
Yerli mediada fotoqrafın itkin düşdüyü, polisin onun yerini mobil telefonla tapdığı yazılıb.
Daha sonra küçə nəzarət kameralarından qeydlər əldə edilib.
Kaxhal qəsəbəsində iki naməlum şəxsin Badjaninin avtomobilə mindiyi zaman ona yaxınlaşaraq güllələdiyi görüntüləri üzə çıxıb.
Qətl hadisəsi Livan ictimaiyyəti arasında böyük səs-küyə səbəb olub.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında dəhşətli partlayış baş verib. Nəticədə 190 nəfər həlak olub, 6 mindən artıq insan yaralanıb.
Diasporpress.az