Aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirak edən dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri tədbirdən sonra Hərbi Qənimətlər Parkı ilə tanış olublar.
Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Qonaqlara Hərbi Qənimətlər Parkında nümayiş etdirilən və Ermənistanın müharibə cinayətlərini sübuta yetirən eksponatlar barədə məlumatlar verilib.
Diasporpress.az