DiasporPress xəbər verir ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş və düşmənin onlarla əsas qruplaşmalarını və texnikasını məhv etmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Zabiti Polkovnik Tehran Mənsimov və Kapitan Əli Kərimov “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının İdarə Heyətinin qərarı ilə “General Polad Həşimov” medalı ilə təltif ediliblər.
Alyans sədri Elmar Məmmədovun sözlərinə görə, Bu mükafat yalnız Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış şəxslərə verilir.