Dünya

Beynəlxalq Alyans arxa cəbhədə savaşan media və vətəndaş cəmiyyəti fəallarını qızıl ordenlə mükafatlandırıb

Beynəlxalq Alyans arxa cəbhədə savaşan media və vətəndaş cəmiyyəti fəallarını qızıl ordenlə mükafatlandırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın haqq səsinin, ölkəmizin öz tarixi torpaqlarını bərpa etmək üçün başladığı əməliyyatların diplomatik istiqamətini tanıtmaq, eyni zamanda Ermənistanın işğalçılıq siyasətini ifşa etmək üçün arxa cəbhədə də geniş təbliğat işləri aparılıb. Çox qürurluyuq ki, bu müharibədə hərbi müstəvidə böyük qələbə qazanmaqla yanaşı, həm də informasiya savaşında erməniləri diz çökdürə bildik.

Prezident İlham Əliyevin çağırışına qoşularaq informasiya müharibəsinin əsgərinə çevrilən bir qrup fəal şəxslərin 44 günlük savaş zamanı fəaliyyəti danılmazdır. Bu baxımdan “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının təşəbbüsü təqdirəlayiqdir.

Diasporpress.az xəbər verir ki, “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının İdarə Heyətinin qərarı ilə Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin ölkəmizdən kənarda təbliği, o cümlədən xarici media ilə sıx əlaqələrin qurulmasında əməyi olan, habelə arxa cəbhədə xidmət etmiş bir qrup media və vətəndaş cəmiyyəti nümayəndələri “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının qızıl ordeni ilə təltif olunublar.

Bu barədə “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov məlumat verib. Onun sözlərinə görə, informasiya savaşındakı xidmətlərinə görə aşağıdakı şəxslər alyansın qızıl medalı ilə təltif olunur:

Mirşahin Ağayev – Real Təhlil İnformasiya Mərkəzinin (REAL TV) direktoru

Rəhman Hacıyev – 1news.az-ın baş redaktoru

Agil Ələsgər – “Yeni Çağ” Media Qrupunun baş direktoru

Toğrul Allahverdili – Diaspor İnformasiya Mərkəzinin sədri

Əhməd Şahidov – Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi

Elnur Eltürk – diaspor üzrə araşdırmaçı ekspert

Fərid Şahbazlı – İslahatçı Gənclər İctimai Birliyinin rəhbəri, Editor.az saytının baş redaktoru

Əli Hacızadə – politoloq, “The Greater Middle East” layihəsinin yaradıcısı və rəhbəri

Hacıbəy Heydərli – Azxeber.com informasiya portalının baş redaktoru

Elməddin Behbud – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri

Bu yüksək mükafata layiq görülən bütün şəxsləri ürəkdən təbrik edir və Azərbaycan naminə gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

İnterpress.az