Beyləqan rayonunda evlərdən oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bir mağazadan 900 manat pul və geyim əşyaları, bir evdən isə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini A.Məmmədzadə saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun Bolsulu kəndindəki evlərdən birinin həyətindən 1 320 manat dəyərində yonca toxumu oğurlaması da müəyyən edilib.
DiasporPress.az