Dünya

Berlində atışma: Yaralılar var

Berlində atışma: Yaralılar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Berlin şəhərində atışma zamanı azı dörd nəfər yaralanıb.

“Bild” qəzeti bu barədə yerli polisə istinadla xəbər yayıb.

Kreuzberq rayonunda baş verən hadisədə yaralananlardan üçü Almaniya Sosial Demokrat Partiyasının qərargahının yaxınlığında tapılıb. Digər zərərçəkən isə yaxınlıqdakı kanalda olub.

Hadisənin səbəbləri hələ polisə məlum deyil, cinayətkarların axtarışı davam edir.

 

Diasporpress.az