Bərdədə külək evin yanmasına səbəb oldu

Bərdə rayonunda ikimərtəbəli fərdi yaşayış evi yanıb.

Bərdədə külək evin yanmasına səbəb oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda ikimərtəbəli fərdi yaşayış evi yanıb.

DiasporPress.az xəbər verir ki, hadisə rayonunun Mollalı kəndində qeydə alınıb.

İntiqam Məmmədova məxsus iki mərtəbə, altı otaqdan ibarət olan yaşayış evinin ikinci mərtəbəsi və dam örtüyü yanıb. Evin bütün əşyaları külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Yanğınsöndürənlər tərəfindən alov ram edilib. Hadisəyə elektrik naqillərində qısaqapanma səbəb olub.

Qeyd edək ki, havanın küləkli olması yanğının qısa zamanda genişlənməsinə səbəb olub.

 

DiasporPress.az