Benzema “Real” tarixinin ilk beşliyinə düşdü

Benzema “Real” tarixinin ilk beşliyinə düşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransalı futbolçu Kərim Benzema Madrid “Real”ının tarix boyunca ən yaxşı bombardirləri siyahısında beşinci pilləyə yüksəlib.

Bu barədə “Opta” məlumat yayıb.

İspaniya çempionatının 29-cu turunda 32 yaşlı hücumçu “Valensiya”nın qapısına iki dəfə yol tapıb. Bununla da, K.Benzema “kral klubu”nda 242-ci və 243-cü qollarını vurub.

Fransalı bu nəticə ilə “Real”ın əfsanəvi futbolçusu Ferents Puşkaşı geridə qoyub.

Xatırladaq ki, “Real” tarixinin ən məhsuldar hücumçusu Kriştianu Ronaldudur.

 

DiasporPress.az