Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilk dəfə İsrailə səfir təyin edib.
Bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, İsrailə səfir təyin edilən diplomat Məhəmməd Mahmud əl Haca hökumət tərəfindən təlimatlandırılıb.
Qeyd edək ki, 15 sentyabr 2020-ci ildə İsrail və BƏƏ arasında münasibətlərin normallaşması yönündə ilkin razılaşmalar əldə olunmuşdu.
Bünyamin Bünyadzadə
Diasporpress.az