Almaniyanın “Bavariya” klubu “Şalke”nin qapıçısı Aleksandr Nübeli transfer edib.
DiasporPress.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiper yeni komandasına iyulun 1-də qoşulacaq və 5 illik müqavilə imzalayacaq. Almaniyalı qolkiperin “Şalke” ilə sözləşməsi mövsümün sonunda başa çatacağından, bu keçid Munhen təmsilçisinə pulsuz başa gələcək.
Qeyd edək ki, Aleksandr Nübel 2015-ci ildə yetirməsi olduğu “Paderborn”dan “Şalke”yə 600 min avroya trransfer olub. Bu mövsüm almaniyalı qolkiper 15 matçda iştirak edib.
DiasporPress.az