Ölkə

Baş nazirin müavini: “Ukrayna şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”

Baş nazirin müavini: “Ukrayna şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın Baş nazirinin müavini, ölkənin müvəqqəti işğal altında olan ərazilərinin reinteqrasiyası məsələləri üzrə naziri Aleksey Reznikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Ukraynanın Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Ukrayna ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq iqtisadi sahədə bütün əməkdaşlıq spektrini müəyyənləşdirir: “İşğal olunmuş ərazilərin reinteqrasiyası və iqtisadi inkişafı ilə bağlı təcrübə mübadiləsi uzunmüddətli perspektivdə mövcud ikitərəfli əməkdaşlığın bütün sahələrini dərinləşdirmək üçün əlavə imkanlar yaratmaq üçün vacib şərtdir. Ukraynanın dövlət təşkilatları və özəl şirkətləri Azərbaycanın işğal olunmuş bölgələrinin infrastrukturunun bərpası üçün hədəfli layihələrin həyata keçirilməsində iştirak etməyə hazırdır. Bütün növ biznes fəaliyyətlərinin tətbiqi Ukrayna və Azərbaycan iqtisadiyyatının bütün strateji əhəmiyyətli sahələrində müştərək müəssisələrin yaradılmasına və istehsal kooperasiyasına yönəldilib”.

Vurğulanıb ki, hökumətlərarası səviyyədə qarşılıqlı fəaliyyət xarici ticarət əməliyyatlarının inkişafı, investisiya fəaliyyətləri, funksional və sahə layihələrinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır: “Əsas vəzifə hər iki ölkədə ticarət-iqtisadi əməkdaşlığın kəmiyyət göstəricilərini və işgüzar mühit üçün xidmətlərin keyfiyyətini artırmaqdır. Ukrayna ilə Azərbaycan arasında xarici iqtisadi fəaliyyətdə işgüzar əməkdaşlıq üçün əlavə mexanizmlərin yaradılması ticarət evləri, biznes assosiasiyaları və biznes forumların fəaliyyəti baxımından sürətlənir. Bölgələrarası tərəfdaşlıq ticarət-iqtisadi əməkdaşlığın bütün spektrini intensivləşdirməyə və Ukrayna ilə Azərbaycan arasında dostluq əlaqələrini gücləndirməyə yönəlib”.

Qeyd edək ki, Aleksey Reznikovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

 

DİASPORpress.az