Baş nazir: “Gürcüstan “Bir kəmər, bir yol” təşəbbüsünün dəstəklənməsi prosesinə sadiqdir”

“Gürcüstan tarixən qədim İpək Yolunun inkişafında əhəmiyyətli rol oynayıb”.

Baş nazir: “Gürcüstan “Bir kəmər, bir yol” təşəbbüsünün dəstəklənməsi prosesinə sadiqdir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstan tarixən qədim İpək Yolunun inkişafında əhəmiyyətli rol oynayıb”.

DiasporPress.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria beynəlxalq Tbilisi İpək Yolu Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, Gürcüstan bu yolun inkişafını nəzərdə tutan “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub: “Gürcüstan bu təşəbbəsün inkişafı və onun müasir layihəyə çevrilməsi prosesinə sadiqdir. Bu məqsədlə son illər Gürcüstanda nəqliyyat və infrastrukturun inkişafına dövlət səviyyəsində böyük dəstək göstərilir. Ölkə Bakı-Tbilisi-Qars kimi regional əhəmiyyətli layihələrin əsas iştirakçılarından biridir”.

Baş nazir qeyd edib ki, İpək Yolu Forumu Avropa və Asiya arasında ticari-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə böyük töhfə verir: “Bu forum regionda və onun sərhədlərinin kənarında iqtisadi inkişafın gücləndirilməsini dəstəkləyir”.

G.Qaxaria bildirib ki, Gürcüstan bölgədə güclü iqtisadiyyat və intensiv ticarəti əlaqələrlə, həmçinin daha yaxşı infrastuktur və dünyaya daha yaxşı çıxışla Asiya və Avropadakı tərəfdaşlarına regional aktorlara çatmaq üçün daha böyük imkanlar təklif edir.

Baş nazir Tbilisi İpəkYolu Forumuna uğurlar arzulayıb və tədbirin qarşıya qoyulan məqsədlərə nail olacağına ümidvar olduğunu vurğulayıb.

 

DiasporPress.az